Müdafiəçimiz 90 dəqiqə oynadı, komandası evdə məğlub oldu
20.02.2014 - 23:25
Bu gün millimizin futbolçusu Ufuk Budak Türkiyə PTT I Liqasında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, onun şərəfini qoruduğu “Qaziantep BB” XXVI tur çərçivəsində doğma azarkeşləri qarşısında “Samsunspor”la qarşılaşıb.
Görüş qonaq komandanın 0:1 hesablı qələbəsi ilə yekunlaşıb. Müdafiəçimiz isə bu matçda start heyəti ilə meydana çıxıb və 90 dəqiqə mübarizə aparıb.
Qeyd edək ki, “Qaziantep BB” bu matçdan sonra 26 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.
0
0