Müdafiəçimizin komandası səfərdə 3 xal qazandı
17.02.2014 - 23:28
Müdafiəçimizin komandası səfərdə 3 xal qazandı

Bu gün Türkiyə Superliqasında XXI turun görüşləri keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin futbolçusu Əli Gökdəmirin şərəfini qoruduğu “Elazığspor” səfərdə “Konyaspor”la üz-üzə gəlib.

 

Gərgin mübarizə şəraitində keçən oyunda Okan Burukun yetirmələri 2:3 hesabı ilə qalib gəliblər. Müdafiəçimiz adı bu matçın iştirak ərizəsində yer alsa da, o, sona qədər ehtiyatda qalıb.

 

Qeyd edək ki, “Elazığspor” hazırda 22 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşır.