Müller Almaniya millisinin 2000-ci qolunu vurdu
09.07.2014 - 05:42
Müller Almaniya millisinin 2000-ci qolunu vurdu

 

Tomas Müllerin Braziliya millisinin qapısına vurduğu qol Almaniya yığmasının tarixində əlamətdar olub. Apasport.az saytının məlumatına görə, hücumçunun qolu millinin heyətində 2000-ci qoldur.

 

Almaniya millisinin ilk qolunun tarixi 1908-ci ilə gedib çıxır. Komandanın ilk qolunun müəllifi Frits Bekker olub.