Mundial qolsuz heç-heçəylə başladı
11.12.2014 - 09:10
Mundial qolsuz heç-heçəylə başladı

Klublararası dünya çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, Mərakeşdə keçirilən yarışın ilk günündə pley-off mərhələsinin yeganə qarşılaşması keçirilib.

 

Təşkilatçı ölkəni təmsil edən “Məqrib” Okeaniyanın Çempionlar Liqasının qalibi “Oklend”lə qarşılaşıb. Mundialın start qarşılaşmasında qapılara qol vurulmayıb.

 

1/4 finala vəsiqənin taleyi penaltilər seriyası ilə həll olunub. “Lotereya”da daha dəqiq olan Yeni Zelandiya təmsilçisi meydan sahiblərini məğlub edib – 4:3.

 

Qeyd edək ki, “Oklend” dekabrın 13-də baş tutacaq 1/4 finalın ilk oyununda Afrika Çempionlar Liqasının qalibi Əlcəzairin “Setif “ klubu ilə görüşəcək.