Mundialda hakimlərin 200 qərarı səhv sayılıb
12.07.2014 - 02:39
Mundialda hakimlərin 200 qərarı səhv sayılıb

 

FİFA-nın hakimlər komitəsinin rəhbəri Massiml Buzakka dünya çempionatında hakim qərarları ilə bağlı statistikanı açıqlayıb. Apasport.az saytının məlumatına görə, o, hakimlərin çıxardığı 1856 qərardan 200-ün səhv olduğunu etiraf edib.

 

Buzakka qarşıda hələ 2 oyunun olacağını vurğulayıb: “Hakimlər 62 matç ərzində 1856 qərar çıxarıblar. Ciddi analizdən sonra bu qərarlardan 200-ün səhv olduğu məlum olub. Futbol inkişaf edir, həkimlik də bir yerdə durmur. Biz oyunların artmaqda olan tələbləri ilə ayaqlaşmağa çalışırıq. Biz də inkişaf edirik. Amma futbolçular kimi bizim də səhv etmək hüququmuz var. Ümumilikdə, hakimlər komitəsi turnirdə hakimlərin işindən razıdır. Əsası odur ki, hakimlər özlərinə qarşı hörmətli münasibət görürlər. Turnir öncəsi biz komandalarla görüş keçirdik. Gördüyümüz kimi, bu gediş yaxşı nəticə verib”.