Mundialların yarımfinalları tarixində ən məhsuldar matç
09.07.2014 - 04:00
Mundialların yarımfinalları tarixində ən məhsuldar matç

 

Dünya çempionatının Braziliya-Almaniya matçı mundiallar tarixində ən məhsuldar oyun olub. Apasport.az saytının məlumatına görə, matç 7:1 hesabı ilə almanların xeyrinə başa çatıb.

 

Bundan əvvəlki rekord 6:1 hesabı olub. 1954-cü il çempionatında Almaniya Federativ Respublikası Avstriyaya bu hesabla qalib gəlib. Sonrakı çempionatlarda Argentina-ABŞ və Uruqvay-Yuqoslaviya matçları da 6:1 hesabı ilə başa çatıb.