Muntyanu “Dinamo”nun pulunu vermir
09.10.2014 - 16:54
Muntyanu “Dinamo”nun pulunu vermir

Buxarest “Dinamo”su “Qəbələ”nin rumıniyalı baş məşqçisi Dorinel Muntyanudan şikayət edəcək. Apasport.az xəbər verir ki, bu barədə Rumıniya mətbuatı məlumat yayıb.

 

Səbəb isə təcrübəli mütəxəssisin sabiq klubuna borcu olmasıdır. Belə ki, 2012-ci ildə “Dinamo” ilə müqavilə bağlayan Muntyanu klubdan hər ay üçün 10 min avro məbləğində maaş almalı idi. Lakin 46 yaşlı məşqçi əvvəlcədən klubdan 20 min avro alıb və 1 aydan sonra komandadan ayrılıb. Amma 2 aylıq məvacibini alan mütəxəssis geri qaytarmalı olduğu 10 min avronu verməyib. Bu səbəbdən də hazırda “Dinamo” həmin pulu ondan almaq niyyətindədir.

 

Klub rəhbərliyi Muntyanudan şikayət etmədən öncə onun özünə zəng vurub məsələni həll etmək istəyiblər. Lakin “Qəbələ”nin çalışdırıcısı onların zənginə cavab verməyincə iş daha da böyüyüb Əgər rumıniyalı mütəxəssis sabiq klubuna olan borcunu geri verməsə iş məhkəmədə həll olunacaq.

 

 

0