Muntyanu mükafatlandırılacaq
08.12.2014 - 13:14
“Qəbələ”nin baş məşqçisi Dorinel Muntyanu vətəni Rumıniyaya dəvət olunub. Apasport.az saytının məlumatına görə, vaxtilə çalışdırdığı “Otelul Qalati” klubunun 50 illik yubileyinə Muntyanu da çağırılıb.
Onunla yanaşı, karyerasını Türkiyədə davam etdirən klubun sabiq futbolçusu Liviu Antal da yubileyə dəvət edilib. Yubileydə həm Muntyanu, həm də Antalın mükafatlandırılacağı gözlənilir.
Qeyd edək ki, “Otelul Qalati” klubunun əsası 1964-cü ildə qoyulub. Muntyanunun 2009-2012-ci illər ərzində çalışdırdığı komanda tarixi ərzində 1 dəfə Rumıniya çempionu olub.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0