Muslera daha 5 il “Qalatasaray”da
09.05.2014 - 19:50
Muslera daha 5 il “Qalatasaray”da

“Qalatasaray” futbol klubu uruqvaylı qapıçısı Fernando Muslera ilə daha 3 il müddətinə müqavilə bağlayıb. Apasport.az saytının məlumatına görə, bununla bağlı hələlik rəsmi açıqlama verilməyib.

 

Əldə edilən məlumata görə, “Qalatasaray” Muslera ilə bütün məsələlərdə razılığa gəlib. Amma danışıqların bitməsinə qapıçının meneceri Daniel Fonseka mane olub. Fonsekə bəzi futbolçuları “Qalatasaray”a aldıra bilmədiyinə görə, Muslera ilə müqavilənin uzadılmasına da mane olmağa çalışıb. O, yeni müqavilə zamanı həm pul məsələsində, həm də menecerin faizi məsələsində klub rəhbərliyinə ağır şərtlər irəli sürüb. Foneska ilə danışıqların alınmayacağını görən “Qalatasaray” rəhbərliyi Musleradan meneceri ilə əlaqəni kəsməsini istəyib. “Qalatasaray”da xoşəbxt olduğunu bildirən Muslera da əlaqələrini kəsib və danışıqlar uğurla başa çatıb.

 

Buna qədər ildə 2 milyon avro alan Muslera, yeni müqavilədən sonra ildə 2,5 milyon avro alacaq. Bundan əlavə, ona digər bonuslar da vəd edilib. Beləliklə, müqaviləsi 2016-cı ildə başa çatan Fernando Muslera “Qalatasaray”la 2019-cu ilə kimi müqavilə imzalayıb.