Mustafa Dənizli: Məşqçilərin fikirlərinin dinlənilməsi yaxşı haldır
07.03.2014 - 12:56
Mustafa Dənizli: Məşqçilərin fikirlərinin dinlənilməsi yaxşı haldır
"AFFA-nın İcraiyyə Komitəsinin iclasına dəvət olunmağım mənim üçün çox xoşdur”. Bu sözləri apasport.az saytına “Xəzər Lənkəran” klubunun baş məşqçisi Mustafa Dənizli deyib.

AFFA İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında əsas müzakirə mövzusu Topaz Premyer Liqasında legioner limiti olub. Toplantıda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla Dənizli də iştirak edib. Onlar klubların mövqeyini toplantı iştirakçılarının diqqətinə çatdırıblar.

Dənizli bildirib ki, İcraiyyə Komitəsinin üzvlərinin klub məşqçilərinin fikirlərini dinlənilməsi yaxşı haldır: “Limit məsələsində, növbəti mövsüm üçün 6+5 sisteminin tərəfdarıyam. 21 yaşadək futbolçu məsələsinə gəlincə, mən bu yaşda azı 1 futbolçunun "18-lik"də olmasının doğru sayıram. Ancaq həmin futbolçunun start heyətdə meydana çıxması ilə bağlı şərt qoyulmamalıdır. O, meydana sonra da daxil ola bilər”.