Mustafa Dənizli “Xəzər Lənkəran”ı “Trabzonspor”a dəyişir?
11.02.2014 - 09:00
Mustafa Dənizli “Xəzər Lənkəran”ı “Trabzonspor”a dəyişir?

“Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli cənublularla yollarını ayıra bilər. Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 64 yaşlı mütəxəssis “Trabzonspor”un baş məşqçisi postundan istefa verən Mustafa Reşit Akçayı əvəzləməyə ən real namizəddir.

Türkiyəli həmkarlarımızın iddiasına əsasən, Trabzon təmsilçisinin prezidenti İbrahim Hacıosmanoğlunun bu gün və ya sabah Dənizli ilə görüşəcəyi gözlənilir. Həmçinin, “Trabzonspor”un İdarə Heyətinin sədri Əli Özbakın da hazırkı vəziyyətdə komandanı yalnız Mustafa bəyin toparlaya biləcəyini söylədiyi qeyd olunur.

Qeyd edək ki, Mustafa Dənizli ötən ilin dekabrından “Xəzər Lənkəran”ın baş məşqçisi vəzifəsində çalışır.