Mustafa Dənizli: Bu xəbərləri görüncə, çox güldüm
04.02.2014 - 09:39
Mustafa Dənizli: Bu xəbərləri görüncə, çox güldüm

"Ümumi həkim yoxlamasından keçmək üçün İstanbula gəldim. Gəlmişkən, qriplə əlaqədar müalicə də aldım”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran” klubunun baş məşqçisi Mustafa Dənizli deyib.

 

Fevralın 1-də Topaz Premyer Liqasının “Qarabağ”la oyunu ərəfəsində səhhətində problem yaranan və xəstəxanaya yerləşdirilən türkiyəli çalışdırıcı hazırda vətənindədir.

 

O, yerli mətbuata müsahibəsində sağlıq durumu ilə bağlı maraqlı açıqlama verib. 

Ağır qrip infeksiyasına yoluxduğu üçün təcili olaraq xəstəxanaya yerləşdirilməsi ilə bağlı xəbərləri yalanlayan, həmçinin İstanbula xüsusi təyyarə ilə gətirildiyi yönündə yayılan məlumatın doğru olmadığını ifadə edən Dənizli bunları deyib: “Bu xəbərləri görüncə, çox güldüm. Mən Azərbaycandan İstanbula həmişə eyni təyyarə ilə gəlirəm. Sabah (bu gün-red.) geri dönürəm. Səhhətim yaxşıdır”.