Mustafa Dənizli eynək mağazasında yaxalandı
07.02.2014 - 11:19
Mustafa Dənizli eynək mağazasında yaxalandı

Ağır qrip infeksiyasına yoluxduğu üçün Bakıda Gömrük Xəstəxanasına aparılan Mustafa Dənizli sonra İstanbulda müalicə alıb. Apasport.az saytının məlumatına görə, türkiyəli mütəxəssis İstanbulda olduğu vaxt “Axşam” qəzetinin əməkdaşı tərəfindən “yaxalanıb”.

 

Belə ki, Dənizli “Etilər Akmərkəz”də eynək mağazasında görünüb. Ondan “səhhətiniz necədir” soruşulub.  Dənizlinin cavabı belə olub: “Yaxşı görünürüksə, deməli, yaxşıyıq. Ağır qrip infeksiyasına yoluxmuşdum. Bu da bir az şişirdildi”.

 

Qeyd edək ki, səhhətinə görə, “Xəzər Lənkəran”ın “Qarabağ”la matçına komandanı meydana Mustafa Dənizlinin əsas köməkçisi Oğuz Çətin çıxartmalı olmuşdu.