Mustafa Dənizli futbolçulara istirahət vermədi
10.02.2014 - 10:52
Mustafa Dənizli futbolçulara istirahət vermədi

Topaz Premyer Liqasının XXI turunda “Qəbələ”nin qonağı olacaq “Xəzər Lənkəran” bu matça istirahət etmədən başlayacaq. Apasport.az saytının əldə etdiyi məlumata görə, dünən “Neftçi” ilə gərgin keçən görüşdən (2:2) çıxan cənubluların bu gün istirahət edəcəyi gözlənilsə də, bu, baş verməyib.

 

Belə ki, Mustafa Dənizli yetirmələrinə bu gün də məşq keçəcək. Hazırlıq saat 11:00-da Lənkəranda olacaq.

 

Qeyd edək ki, “Qəbələ” – “Xəzər Lənkəran” görüşü fevralın 15-də baş tutacaq.