Mustafa Dənizli haqda yeni xəbər
19.05.2014 - 15:41
Mustafa Dənizli haqda yeni xəbər

Baş məşqçi Uğur Tütünəkərlə yollarını ayıran “Çaykur Rizəspor” bu posta Mustafa Dənizlini qaytarmaq istəyir. Apasport.az xəbər verir ki, ötən həftə “Xəzər Lənkəran”dan istefaya göndərilən türkiyəli mütəxəssis yenidən 2012/2013 mövsümündə Türkiyə I liqasında ikinciliyi qazandırıb, Superliqaya çıxardığı komandanın “sükanı arxası”na keçə bilər.

 

Bu mövsüm Türkiyə çempionatını XXII pillədə bitirən “Çaykur Rizəspor”un baş məşqçi postuna bir neçə namizəd olsa da, həm klub rəhbərliyi, həm də azarkeşlər Dənizlinin geri dönməsini istəyir. Əgər 65 yaşlı mütəxəssis razılıq verərsə, növbəti mövsüm yenidən iş başında olacaq. Bu keçidin baş tutub-tutmayacağı isə yaxın günlərdə bəlli olacaq.