Mustafa Dənizli sabah mətbuat konfransı keçirəcək
14.05.2014 - 14:54
Mustafa Dənizli sabah mətbuat konfransı keçirəcək

"Xəzər Lənkəran" klubunun baş məşqçisi Mustafa Dənizlinin keçirəcəyi mətbuat konfransının vaxtı dəqiqləşib. Bu barədə apasport.az saytına klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu məlumat verib. O bildirib ki, türkiyəli çalışdırıcı ilə media mənsublarının görüşü sabah 13:00-da başlayacaq.

 

“Hilton” otelində baş tutacaq konfransda Dənizli ilə yanaşı, klub rəsmilərindən yalnız Cəbrayıloğlu iştirak edəcək.