Mustafa Dənizli üçün 4 milyon avro
15.05.2014 - 14:09
Mustafa Dənizli üçün 4 milyon avro

Georgi Hacının “Qalatasaray”ın idman-direktoru vəzifəsindən imtina etməsi İstanbul klubunu başqa addım atmağa məcbur edib. Apasport.az xəbər verir ki, Türkiyə mətbuatı hazırda bu posta ən real namizəd kimi “Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizlinin göstərir. Lakin İstanbul nəhəngi onu bu vəzifəyə gətirmək üçün 4 milyon avrosundan keçməlidir.

 

Qardaş ölkədən olan həmkarlarımız Dənizlinin Lənkəran klubu ilə 1,5 illik müqavilə qarşılığında 6 milyon avro almalı olduğunu bildirib. Müqavilənin imzalandığı vaxtdan 6 ay keçdiyini nəzərə alsaq, geridə qalan 1 il üçün türkiyəli mütəxəssis 4 milyon avro qazanmalıdır. O, müqaviləsini birtərəfli şəkildə pozmaq üçün isə bu məbləği cənub klubuna ödəməlidir.

 

 Türkiyə mətbuatının iddiasına görə, əgər “Qalatasaray” 4 milyon təzminatı ödəyərsə, Dənizlini idman-direktoru vəzifəsinə gətirə bilər.