Rusiya Futbol İttifaqının yeni prezidenti seçildi
02.09.2015 - 12:45
Rusiya Futbol İttifaqının yeni prezidenti seçildi

Rusiya Futbol İttifaqının (RFİ) yeni prezidentinin adı bəlli olub. Apasport.az saytı xəbər verir ki, bu posta Rusiya idman naziri Vitali Mutko təyin edilib.

 

O, bu vəzifəyə tək namizəd olub. Səsvermə açıq şəkildə keçirilib və 393 nəfərin hər biri Mutkoya səs verib.

 

Mutko Rusiya Futbol İttifaqında ciddi idarəetmə sistemi yaradacağını bildirib: “İlk işim yaxşı idarəetmə yaratmaq olacaq. Hamı başa düşməlidi ki, futbola nəzarət edən ittifaq var. Bunu əksinə olanda, harda və necə gəldi qərarlar qəbul ediləndə nəticəsi pis olur. Hər kəs dərk etməlidi ki, RFİ ölkədə futbolun inkişafına çalışan orqandı və bütün qərarlar burda qəbul olunur”.

 

Qeyd edək ki, keçmiş prezident Nikolay Tolstıxın bu ilin mayında gedişindən sonra bu vəzifəni onun köməkçisi, vitse-prezident Nikita Simonyan yerinə yetirirdi.