Nazarov “Rubin”ə qarşı bir hissə oynadı
08.07.2015 - 23:57
Milli komandamızın üzvü Dmitri Nazarovun şərəfini qoruduğu Almaniyanın “Karlsrue” klubu yoxlama oyununda qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, almanlar Kazan “Rubin”iylə qarşılaşıb.
Millimizin üzvü Dmitri Nazarov start heyətində meydana çıxıb. Həmyerlimizin matçın gedişində əvəzləndiyi oyun 2:2 hesablı bərabərliklə nəticələnib.
Xatırladaq ki, “Karlsrue” növbəti yoxlama oyununu iyulun 15-də İsveçrə "Aarau"suna qarşı keçirəcək.
0
0