Nazarovun komandasından minimal hesablı qələbə
20.10.2015 - 07:25
Nazarovun komandasından minimal hesablı qələbə

Almaniyanın II Bundesliqasında XI tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, turun son günündə Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi “Karlsrue” səfərdə “Münhen 1860”la qarşılaşıb.

 

Bu görüşdə qonaqlar 1:0 hesabı ilə qalib gəlib. Start heyətində meydana çıxan Nazarov 67-ci dəqiqədə əvəzlənib.

 

Onun komandası mövsümdə 3-cü qələbəsini qazanaraq xal hesabını 12-yə çatdırıb. Bu da “Karlsrue”yə 12-ci pilləyə yüksəlmək imkanı verib.