Madrid “Real”ı “Mançester Yunayted”in hücumçusu Ueyn Runi uğrunda mübarizəyə başlayıb. Apasport.az saytının xəbərinə görə, bu klublarla yanaşı, forvardla “Çelsi” də yaxından maraqlanır.
İngiltərə millisinin 28 yaşlı üzvü cari mövsümün sonunda azad agentə çevriləcək.
Bu üzdən ispanlar Runiyə 25 milyon funt-sterlinq təklif etməyə hazırdı. Madridlilərin rəhbərliyi Ueyni “Mançester Siti”dən Serxio Aquero, “Liverpul”dan Luis Suares və “Monako”dan Radamel Falkao ilə müqayisədə daha yaxşı transfer hədəfi olduğu qənaətindədi. Çünki adları çəkdiyimiz futbolçular öz klubları ilə daha uzun müddətli müqavilə imzalayıblar.
Qeyd edək ki, cari mövsümdə Runi Premyer Liqada meydana çıxdığı 17 matçda 9 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.