Nemanya Vidiç üçün yeni imkan
27.12.2015 - 23:50
Nemanya Vidiç üçün yeni imkan

“İnter”in müdafiəçisi Nemanya Vidiç klubunu dəyişmək üzrədi. Apasport.az saytının məlumatına görə, serb futbolçu Milanın digər, eyniadlı təmsilçisində çıxış edə bilər.

 

Bu barədə “Corriere Dello Sport” nəşri məlumat yayıb. Bu mövsüm kürəyindəki zədəyə görə oyun praktikasından əziyyət çəkən müdafiəçi “Milan”da yenidən forma şansı qazana bilər.

 

Klub rəhbərliyi onun həm gənc futbolçu Alessio Romanyoli üçün yaxşı tərəf müqabili, həm də serb mütəxəssis Sinişa Mxayloviç üçün köməkçi ola biləcəyini düşünür.