Neymar: Messili Argentinaya qalib gəlmək istəyirəm
23.05.2014 - 23:59
Neymar: Messili Argentinaya qalib gəlmək istəyirəm

 

“Barselona” klubunun və Braziliya yığmasının hücumçusu Neymar dünya çempionatı zamanı ən yaxşı keyfiyyətlərini göstərməyə söz verib. Apasport.az saytının məlumatına görə, o, finalda Lionel Messinin başçılıq etdiyi Argentina yığması ilə görüşmək və qalib gəlmək istədiyini vurğulayıb.

 

Neymar bildirib ki, Messinin də eyni cür düşündüyünə əmindir: “Əgər Argentina və Braziliya yığmaları görüşsələr, oyundan sonra qucaqlaşacağıq. Amma oyun zamanı dostluq üçün yer olmayacaq. Messinin lideri olduğu Argentina yığmasını finalda məğlub etməyi arzulayıram”.