Neymar DÇ-1998-in finalını xatırladı
23.03.2015 - 23:15
Neymar DÇ-1998-in finalını xatırladı

“Mən belə matçları sevirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Braziliya yığmasının hücumçusu Neymar deyib.

 

“Barselona”nın ulduz futbolçusu Fransa ilə keçirəcəkləri yoldaşlıq oyunuöncəsi fikirlərini bildirib. “Sambaçı” 1998-ci ildə baş tutmuş dünya çempionatının finalını xatırlayıb: “DÇ-1998-in finalını xatırlayıram. Həmin qarşılaşmada stadion tap dolu idi. İki güclü milli komanda üz-üzə gəlirdi. Braziliya yığması 3 qol buraxdı. Həmin görüş başa çatandan sonra hər kəs məyus olmuşdu. Amma bu kədər cəmi bir neçə dəqiqə davam etdi. Daha sonra mən yenidən öz dostlarımla birgə futbol oynamağa getdim”.

 

Qeyd edək ki, Fransa – Braziliya matçı martın 26-da Sen-Deni üz-üzə gələcək.