[b]Niko Kovaç: Azərbaycan yığması ciddi rəqibdir[/b]
23.02.2014 - 17:07
[b]Niko Kovaç: Azərbaycan yığması ciddi rəqibdir[/b]

“Avropa çempionatının seçmə mərhələsinin püşkatmasından razı qaldım. Düşünürəm ki, kifayət qədər yaxşı qrupa düşmüşük”. Apasport.az saytının məlumatına görə, bu sözləri Xorvatiya millisinin baş məşqçisi Niko Kovaç deyib.

 

Təcrübəli mütəxəssis AVRO-2016-nın seçmə mərhələsinin bu gün keçirilən püşkatması haqda fikirlərini açıqlayıb. Kovaç Azərbaycan, Bolqarıstan, İtaliya, Norveç və Malta ilə eyni qrupa düşmələrini uğurlu sayır: “Lakin obyektiv olmalıyıq. Bu üzdən də etiraf edim ki, İtaliya qrupumuzun favoritidir. Digər komandaların da ciddi rəqib olduğunu qəbul etməliyik”.