Nildo Sxadadzedən yaxşıdı
26.09.2014 - 13:48
Nildo Sxadadzedən yaxşıdı

Topaz Premyer Liqasının VI turunun ən yaxşı futbolçusu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “İnter”in braziliyalı legioneri Junior Nildo ötən turun ən yaxşısı olub.

 

“Bakı” ilə oyunda dubla imza atan cənubi amerikalının oyunu “İnStata Football” tərəfindən 263 xalla qiymətləndirilib. Onun komanda yoldaşı Baçana Sxadadze isə 10 xal geri qalıb.

 

Turun rəmzi yığmasında da “İnter”in futbolçuları çoxluq təşkil edib. Bu da komandanın 7:0 hesablı qələbəsi ilə bağlıdır.

 

Qapıçı: Emil Balayev (“Neftçi”, 168)

 

Müdafiəçilər: Admir Teli (“Qarabağ”, 174), Tərlan Quliyev (“Qarabağ”, 169), Laşa Salukvadze (“İnter”, 166), İlqar Qurbanov (“Qarabağ”, 158)

 

Yarımmüdafiəçilər: Nizami Hacıyev (“İnter”, 209), Elvin Məmmədov (“İnter”, 196), Derlis Meza Kolli (“İnter”, 195), Asif Məmmədov (“İnter, 168)

 

Hücumçular: Junior Nildo (“İnter”, 263), Baçana SxadaDze (“İnter”, 253)