Nolito Premyer Liqa yolunda
24.10.2015 - 09:20
“Selta”nın hücumçusu Nolito karyerasını İngiltərədə davam etdirə bilər. Apasport.az saytı Britaniya mətbuatına istinadən xəbər verir ki, “Çelsi” təcrübəli forvardla danışıqlara başlayıb.
“Zadəganlar” Nolitonu qış “transfer pəncərəsi”ndə heyətlərinə qatmaq niyyətindədilər. Ancaq bu keçidin baş tutması üçün London klubu rəqabətdən qalib ayrılmalıdı. Belə ki, Nolito ilə “Barselona”, “Arsenal” və “Tottenhem” klubları da maraqlanırlar.
Qeyd edək ki, 2013-cü ildən “Selta”nın formasını geyinən 29 yaşlı futbolçu ötən ildən İspaniya millisinə də dəvət alır.
0
0