“Seçmə mərhələsinin püşkündən o qədər də razı qalmadım”. Apasport.az saytının məlumatına görə, bu sözləri Norveç millisinin baş məşqçisi Per-Matias Hoqmo deyib.
Skandinaviyalı mütəxəssis AVRO-2016-nın seçmə mərhələsinin bu gün keçirilən püşkatmasına münasibət bildirib.
Hoqmo İtaliya, Xorvatiya, Azərbaycan, Malta və Bolqarıstanın yer aldığı qrupu dəyərləndirib: “Düşünürəm ki, daha yaxşı qrupa düşə bilərdik. Lakin bir məsələ də var ki, bundan da pis ola bilərdi. İkinci səbətin ən güclü komandası Xorvatiya ilə eyni qrupa düşdük. Bu qrupda çox maraqlı mübarizə olacaq və çox gərgin mübarizə vəd edir”.