“Əsas heyətin bir neçə futbolçusu “Ağsu” ilə oyundan öncəki məşqlərə də çıxmamışdı. Biz də məcburiyyətdən səfərə 12 oyunçu ilə yollanmışdıq”. Bu sözləri apasport.az saytına açıqlamasında I Divizion təmsilçisi “Lokomotiv”in baş məşqçisi Novruz Əzimov deyib.
Dünən I Divizionun XIV turu çərçivəsində baş tutan “Ağsu” – “Lokomotiv” matçının yalnız ilk hissəsi oynanılmışdı. Əzimovun sözlərinə görə, ikinci hissəyə çıxmamalarının səbəbi oyunçularının mədə-bağırsaq sisteminin pozulması olub: “Futbolçular yolda buterbrod alıb yemişdilər. Görünür, bu, onlara pis təsir etmişdi. Oyun vaxtı 5 nəfər meydana çıxa bilməyəcəyini dedi. Biz də 7 oyunçu ilə çıxış etməli olduq. Birinci hissədə də bir futbolçu zədələndi. 6 oyunçu ilə çıxış etməyə icazə olmadığından, ikinci hissə oynanılmadı”.
Oktyabrdan bəri maaşlarını almadıqları üçün oynamaqdan imtina edən futbolçuların tezliklə “Lokomotiv”dən qovulması gözlənilir. Baş məşqçi isə onları başa düşdüyünü bildirib: “Futbolçular bu mövsüm cəmi bir ayın maaşını alıblar. Onları da qınamıram. Çünki indiyə qədərki oyunlarda çıxıb mübarizə aparıblar. Qış fasiləsinin yaranmasına cəmi bir tur qalıb. Yəqin ki, bu məsələyə də axırıncı turun oyunundan sonra baxılacaq”.
Qeyd edək ki, “Ağsu” – “Lokomotiv” oyununun ilk hissəsində meydan sahibləri 2:0 hesabı ilə öndə olublar.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı