Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) ötən ilin ən yaxşı qadın hakimlərinin adlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, qurumun dünyanın bütün ölkələrində olan nümayəndələri arasında keçirdiyi sorğunun nəticələrinə əsasən 2014-cü ilin ən yaxşısı adına almaniyalı Bibiana Steynhaus layiq görülüb.
36 yaşlı xanım referi səsvermədə 116 xal toplayıb. Ukraynalı Katerina Monsul 58 xalla 2-ci olub. Kanadalı Karol-Enn Çepard ilk “üçlüy”ü qapayıb – 50 xal.
İsveçrəli Ester Staubli (41 xal), italiyalı Karina Vitulano (37 xal), ABŞ təmsilçisi Marqaret Domka (30 xal) və macarıstanlı Katerina Kulçar (23 xal) 20 xal həddini adlaya bilib. İlk “onluq”da isə yaponiyalı Saşika Yamaqaşi (19 xal), meksikalı Lutsila Benaqas ()16 xal) və ingiltərəli Emi Firn (2 xal) də yer alıblar.
Qeyd edək ki, sorğuda Azərbaycanı apasport.az saytının əməkdaşı, İFFHS-in üzvü olan Vüqar Xeyrullayev təmsil edib. O, ilk “üçlük”də Steynhaus, Monsul və Kulçara yer verib.