“Bakı”nın hücumçusu Nurlan Novruzovun “Elazığspor”a keçidi baş tutmasa da, gənc futbolçu karyerasını Türkiyədə davam etdirməyə çox yaxındı. Apasport.az saytının qardaş ölkənin mətbuatına (boluekspres.com) istinadən verdiyi məlumata görə, Azərbaycan çempionatının bombardiri I Liqa təmsilçisi “Boluspor”la danışıq aparır.
Komandanın baş məşqçisi Ümit Ozat rəhbərliklə söhbətində Novruzovun alınmasını tələb edib.
Nurlan meneceri ilə birlikdə Bolu şəhərinə gedərək, klub rəhbərliyi ilə görüşüb. Tərəflər arasında danışıq zamanı bir problem çıxmasa, 22 yaşlı forvard “Boluspor”la müqavilə imzalayacaq.
Qeyd edək ki, daha bir futbolçumuz Ruslan Tağızadə də “Boluspor”la razılaşıb.