Dortmund “Borussiya”sının qabonlu hücumçusu Pyer-Emerik Obameyanqa ünvanlanan təkliflərin sayı durmadan artmaqdadı. Apasport.az saytı Almaniya mətbuatına istinadən xəbər verir ki, İngiltərə və İspaniyanın ardınca Fransadan da 26 yaşlı futbolçuya təklif gəlib.
Belə ki, PSJ klubu da Obameyanqla danışıqlara start verib. Parislilər “Borussiya” ilə 2020-ci ilə qədər müqaviləsi olan futbolçunu yanvarda heyətlərinə qatmaq arzusundadılar. Lakin bunun üçün PSJ rəqabətdən qalib ayrılmalıdı. Çünki “Barselona”, “Arsenal”, “Mançester Yunayted” və “Çelsi” də sözügedən forvardın xidmətində maraqlıdı.
Qeyd edək ki, Fransa Obameyanq üçün yad ölkə deyil. Qabon millisinin üzvü bu ölkənin “Dijon”, “Lill”, “Monako” və “Sent-Etyenn” klublarının formasını geyinib.