Oçoa Braziliya-Meksika oyunun ən yaxşısı oldu
18.06.2014 - 01:06
Meksika yığmasının qapıçısı Qilyermo Oçoa Brezaliya-Meksiya matçının ən yaxşı oyunçusu seçilib. Apasport.az saytının məlumatına görə, oyun 0:0 hesabı ilə başa çatıb.
Braziliyalılar rəqib qapısı ağzında bir neçə təhlükəli vəziyyət yarada biliblər. Amma Oçoanın oyunu Meksika yığmasına bu oyunda 1 xal qazanmağa imkan verib. Qeyd edək ki, bu Oçoanın dünya çempionatında ikinci “quru” oyunudur. Birinci oyunda Meksika yığması Kameruna 1:0 hesabı ilə qalib gəlib.
0
0