Oğuz Çətin: İkinci dövrədə ilk “üçlüy"ə düşərik
25.01.2014 - 18:04
Oğuz Çətin: İkinci dövrədə ilk “üçlüy"ə düşərik

“Mustafa hoca insanlığı, mədəniyyəti, layihələri ilə fərqli biridir. Çalışdığım məşqçilər arasında onun yeri başqadır. Hələ ondan öyrənirəm. Birlikdə çox xoş bir mənzərə formalaşdırdıq”. Apasport.az saytının məlumatına görə, bunu “Xəzər Lənkəran”ın məşqçisi Oğuz Çətin deyib.

“Türkiyə” qəzetinə müsahibə verən Çətin 7 il millidə işlədikdən sonra baş məşqçi postunda olmağı çox arzuladığını bildirib. Məşqçinin sözlərinə görə, ona bu baxımdan haqsızlıq edilib.

Türkiyə millisini 35 dəfə kapitan qismində meydana çıxarmış “Fənərbaxça”nın sabiq oyunçusu ölkəmizdə işləməsinin məqsədlərini açıqlayıb: “Hannover”in başında Tayfun Korkutun Almaniyada, bizim də Azərbaycanda bir missiyamız yaranıb. Türk məşqçiliyinin lokomotivi olaraq, Tayfun Hoca da, biz də uğurlu olmaq məcburiyyətindəyik. Bizə uğurlu olaq ki, türk məşqçilərinin önü açılsın. Necə ki, bizdən sonra Güvənç Kurtar hoca da bu çempionata gəldi. Bu vəzifəyə təyin olunanda “Xəzər Lənkəran” çempionatda 8-ci idi, yeri dəyişmədi. Amma 3 matçda 7 xal toplayaraq, xal fərqini 8-dən 4-ə endirdik, ümidləndik. İkinci dövrədə ilk “üçlüy”ə düşərik. Əsl hədəf kuboku qazanıb, Avropada yarışmaqdır. Bunu bacarsaq, insanlar növbəti il küçələrə axışacaq”.