“Xəzər Lənkəran” klubunun məşqçisi Oğuz Çetin “Simurq”la iyundan sonra jurnalistlərə açıqlama verib. Apasport.az saytının məlumatına görə, türkiyəli mütəxəssis mövsümün son oyunlarını oynamağın asan olmadığını bildirib: “Mövsüm boyu yığılan yorğunluq öz təsirini göstərir. Oyuna çox yaxşı başladıq. İstədiyimiz kimi oynadıq, bu zamanda da iki qol vurduq. Qələbə hesabını oyunun sonuna qədər qorumağı düşünürdük. Lakin hesab 2-1 olduqdan sonra rəqib daha da ümidləndi və ikinci hissədə çox hücum etdi, bizim üzərimizdə təzyiqini artırdı. Son dəqiqədə penaltiyə səbəb olmalı deyildik, istənilən şərtlər daxilində qələbə hesabını qorumalı idik. Rəqib ikinci hissədə çox istəkli oynadı, hesabı bərabərləşdirdi. “Simurq” kimi komandaya qarşı mövsümün sonunda oynamaq çətindir. Meydançanın da süni örtüklü olması oyunumuza təsir etdi. İstədiyimiz oyunu göstərə bilmədik. Burada məğlub olmamağı və mövsümü qələbə ilə başa vurmağı hədəfləmişik”.