[b]Oğuz Çətin: Penaltini Raufun vurmasını istədim[/b]
19.10.2014 - 18:40
[b]Oğuz Çətin: Penaltini Raufun vurmasını istədim[/b]

“Xallara ehtiyacımız vardı”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Xəzər Lənkəran”ın baş məşqçi Oğuz Çətinə məxsusdur.

 

Türkiyəli çalışıdırıcı bu gün Topaz Premyer Liqasının VIII turunda “Fırtınalar meydanı”nda “Bakı”nı darmadağın (4:0) etmələrindən danışıb: “Son üç matçda 7 xal topladıq. “Bakı”nın böyük hədəfləri olmasa da, yaxşı mübarizə aparan komandadı. Qələbə münasibətilə futbolçularımı təbrik edirəm. Növbəti turda “Qarabağ”la qarşılaşacağıq. Çətin rəqib olsa da, çalışacağıq ki, əlimizdən gələni edib, yaxşı nəticə qazanaq”.

 

Çətin 4-cü qolda Rauf Əliyevin fərqlənməsinə də münasibət bilidirb: “Son vaxtlar qol epizodlarında çətinlik çəkirdik. “Bakı”nı belə böyük hesabla udmağımız yaxşı oldu. Rauf çox önəmli oyuçudu. O, son həftələrdə fərqlənə bilmirdi. Ona görə də istədim ki, penaltini Rauf vursun. Sona qədər ciddilikdən uzaqlaşmadıq. Ola bilsin ki, kənardan fərqli görünsün”.

0