Oğuz Çətin təkzib edir: Biz onu istəmirik
22.01.2014 - 14:32
Oğuz Çətin təkzib edir: Biz onu istəmirik

“Sinan Kaloğlunun komandamıza keçidi gündəmdə deyil”. Bu sözləri apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşına açıqlamasında “Xəzər Lənkəran”ın məşqçisi Oğuz Çətin deyib.

 

Vətənində “Boluspor”, “Altay”, “Marmaris Bələdiyyəspor”, “Beşiktaş”, “Diyarbəkirspor”, “Manisaspor”, “Busaspor”, “Karabükspor”, “Antalyaspor”, “Elaziğspor” klublarında forma geyən, Almaniya və Hollandiyada legioner həyatı yaşayan, Türkiyə millisinin sabiq hücumçusu olan Kaloğlunun adı "Xəzər Lənkəran"la yanaşı hallanır. 

 

Lakin Çətin bunun şayiə olduğunu söyləyib: "Sinanı nə biz istədik, nə də bizə təklif olundu. Bu barədə çıxan xəbər doğru deyil".

 

Qeyd edək ki, Sinan Kaloğlunun xidmətində "Rəvan"ın da maraqlı olduğu söylənilir.