"AZAL və “Neftçi”dən təklif almışam" - FOTO
21.05.2014 - 13:37
"AZAL və “Neftçi”dən təklif almışam"   - FOTO

“Mənə AZAL və “Neftçi” klublarından təklif gəlmişdi”. Bunu apasport.az saytına açıqlamasında Türkiyə I liqasında çıxış edən “Qazientep BB”nin futbolçusu Olcay Gür deyib.

 

Lixtenşteyn millisinin üzvü olan müdafiəçi Azərbaycanda oynamaq istədiyini bildirib: “Azərbaycanda oynaya bilərəm. Sadəcə, bunun reallaşması mənə təklif göndərən klubların şərtlərindən asılıdır. Hələ qış fasiləsində Bakıdan mənə zəng gəlmişdi. Məhz “Neftçi”nin mənimlə maraqlandığını dedilər. Lakin sonra bu keçid baş tutmadı. İki həftə öncə yenə əlaqə saxladılar və AZAL ilə “Neftçi”nin maraq dairəsində olduğumu bildirdilər. Amma mövsüm başa çatmadığı üçün danışmadım”.