Olivye Jiru “Arzuların komandası”na özünü də daxil etdi
20.11.2015 - 21:55
Olivye Jiru “Arzuların komandası”na özünü də daxil etdi

“Arsenal”ın və Fransa milli komandasının hücumçusu Olivye Jiru futbol tarixinin ən yaxşı 5 futbolçusunu açıqlayıb. Apasport.az-ın məlumatına görə, UEFA-nın rəsmi saytına danışan bombardir karyerasını bitirmiş 4 futbolçu ilə yanaşı özünü də bu siyahıya aid edib.

 

Jirunun seçimi aşağıdakı futbolçulardan ibarətdi:

 

1. Frans Bekkenbauer

2. Zinəddin Zidan

3. Dieqo Maradona

4. Pele

5. Olivye Jiru