Qurban Qurbanov Mirko Mariçi qabaqlayacaq
13.07.2015 - 11:54
Qurban Qurbanov Mirko Mariçi qabaqlayacaq

Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində baş tutacaq “Qarabağ” - “Rudar” qarşılaşması öncəsi baş tutacaq mətbuat konfansının vaxtı məlum olub. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, sabah ilk olaraq “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı olacaq.

 

Ağdam klubunun çalışdırıcısı saat 19:30-da media nümayəndələrinin önünə çıxacaq. 19:45-də isə komandanın oyunöncəsi son məşqi baş tutacaq.

 

“Rudar”ın baş məşqçisi Mirko Mariçin mətbuat konfransı isə 21:00-da olacaq. 21:30-da Monteneqro təmsilçisi oyun öncəsi sonuncu məşqinə çıxacaq.

 

Qeyd edək ki, “Qarabağ” – “Rudar” oyunu iyulun 15-də saat 21:30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.