Özbəkistan yığması Akademiyada
19.08.2014 - 08:09
Özbəkistan yığması Akademiyada

Avqustun 20-də Azərbaycan millisi ilə yoldaşlıq oyunu keçirəcək Özbəkistan yığması ölkəmizdə hazırlığa başlayıb. Apasport.az saytının məlumatına görə, asiyalılar oyundan iki gün əvvəl Bakıya gəlib.

 

Günün ilk yarısında paytaxta çatan qonaqlar “Kempinski” otelində məskunlaşıb. Günün ikinci yarısında isə Mircəlal Kasımov yetirmələrini ilk məşqə çıxarıb. Özbəkistan millisi Futbol akademiyasının meydanında hazırlıq keçib.

 

Qeyd edək ki, asiyalılar bu gün matçın keçiriləcəyi “Bakcell Arena” da məşq edəcək.