Özbəkistanlılar Bakıda mətbuat konfransı keçirəcək
18.08.2014 - 09:40
Özbəkistanlılar Bakıda mətbuat konfransı keçirəcək

Avqustun 20-də Azərbaycan millisi ilə yoxlama oyununda qarşılaşacaq Özbəkistan millisinin açıq məşqi və mətbuat konfransının vaxtı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Asiya təmsilçisinin baş məşqçisi Mircəlal Kasımovun mətbuat konfransı avqustun 19-da təşkil olunacaq.

 

“Kempinski Badamdar” otelin "Violet" zalında baş tutacaq tədbir saat 12:00-da başlayacaq. Konfransda Özbəkistan yığmasının bir neçə futbolçusunun da qatılacağı gözlənilir.

 

Həmin gün saat 19:00-da isə "Bakcell Arena"da Özbəkistan təmsilçisinin mətbuat üçün açıq məşqi keçiriləcək.

 

Mənbə: affa.az