“Arsenal”ın baş məşqçisi Arsen Venger xəstəliyi səbəbindən, “Nyukasl”la qarşılaşmada forma geyinə bilməyən Mesut Özilə cəza verilməyəcəyini açıqlayıb. Apasport.az saytı Böyük Britaniya mətbuatına istinadən xəbər verir ki, fransız çalışdırıcı bildirib ki, Berlində əyləncə məkanlarından birində görüntüləri yayılan futbolçuya qarşı hansısa tədbir görülməyəcək.
Qaydalara əməl etməyənlərə hər zaman cəza verildiyini deyən Venger, türk əsilli yarımmüdafiəçi ilə bu barədə söhbət etdiyini də gizlətməyib.
Qeyd edək ki, Özilin forma geyinmədiyi matçda “topçular” “Nyukasl”ı səfərdə 2:1 hesabı ilə məğlub edib.