Özilin evini soydular
18.01.2014 - 00:55
"Arsenal" ulduz futbolçusu Məsut Özil xoşagəlməz hadisə ilə üzləşib. Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Məsutun atasına aid olan Bodrumdakı villaya oğrular girib.
Məlumatlara görə villaya daxil olan naməlum şəxslər (və ya şəxs) 2 televizor aparıblar. Hazırda polis hadisə ilə bağlı araşdırmalar aparır.
Qeyd edək ki, Özil ailəsi ancaq yay aylarında villaya gəldiyi üçün otaqlarda əşyalar çox az imiş.
0
0