[b]Özü "Qarabağ"da, ürəyi "Sivasspor"da[/b]
13.01.2015 - 15:48
[b]Özü "Qarabağ"da, ürəyi "Sivasspor"da[/b]

Antalyada təlim-məşq toplanışında olan “Qarabağ” iki futbolçusu ilə yolları ayıra bilər. Apasport.az saytının məlumatına görə, Leroy Corc və Muarem Muarem Türkiyə klublarından təklif alıblar.

 

Corcla Superliqa təmsilçisi “Sivasspor” yaxından maraqlanır. Leroy bu klubun təklifini qəbul etməyə razıdı. Ancaq bunun üçün “Qarabağ” rəhbərliyinin razılığı olmalıdı. Hazırda tərəflər arasında danışıqlar gedir.

 

“Qarabağ”ı Türkiyə klubuna dəyişmək istəyən digər futbolçu isə Muarem Muaremdi. Onun adı isə “Eskişehirspor”la birgə hallanır.

 

Qeyd edək ki, Corc 2013-cü, Muarem isə 2012-ci ildən “Qarabağ”ın formasını geyinir.