"Özünəinam hissi azaldı”
02.06.2014 - 08:00
"Özünəinam hissi azaldı”

“Birinci hissədə pis oynamadıq. Bir neçə qol epizodundan yararlana bilmədik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan U-21 yığmasının baş məşqçisi Bernhard Lippert deyib.

 

Almaniyalı mütəxəssis Avropa çempionatının seçmə mərhələsinin Norveçlə Bakıdakı oyununda alınan 0:1 hesablı məğlubiyyətə şərh verib: “Fasilədə oyunun ən yaxşılarından olan Elvin Yunuszadənin zədə səbəbindən əvəzlənməsi komandaya mənfi təsir göstərdi, özünəinam hissi azaldı. Topa nəzarəti itirdik, topsuz çox hərəkət etməli olduğumuzdan çox qüvvə sərf etdik və yorğunluq hesabda da öz əksini tapdı”.