Pantiçə İngiltərədən təklif
20.01.2015 - 14:53
Serbiyanın “Partizan” klubunun futbolçusu Danilo Pantiç karyerasını İngiltərədə davam etdirməyə çox yaxındı. Apasport.az saytının məlumatına görə, 18 yaşlı yarımmüdafiəçi ilə “Çelsi” danışıq aparır.
“Zadəganlar” istedadlı futbolçuya görə 1,5 milyon funt-sterlinq xərcləməyə razıdılar. Bir müddət öncə “Yuventus”dan təklif alan Pantiç seçim qarşısında qalıb. Onun hansı qərar verəcəyi maraqla gözlənilir.
“Çelsi” rəhbərliyi Pantiçi komandadan ayrılan Frenk Lempardın layiqli davamçısı kimi görür.
0
0