Yunanıstan çempionatında VII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının qrup mərhələsində “Qəbələ”nin rəqibi olan PAOK “İraklis”lə qarşılaşıb.
Məhsuldar keçən qarşılaşmada 3:3 hesabı qeydə alınıb. Təmsilçimizin rəqibi oyunun gedişində iki dəfə məğlub duruma düşsə də, əvvəl Dmitrios Pelkas, ardınca Dimitar Berbatovun qolu ilə hesabda tarazlıq yaradıb. Ardınca Giorgios Tsellas qonaqları irəli çıxarsa da, PAOK da üstünlüyünü qoruya bilməyib.
Qeyd edək ki, 7 turdan sonra hesabında 11 xal olan Saloniki təmsilçisi turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.