Məşhur braziliyalı hücumçu Aleksandre Pato klubu “Korintians”dan ayrılır. Apasport.az yerli KİV-ə istinadən xəbər verir ki, 24 yaşlı futbolçu buna səbəb kimi, can təhlükəsizliyini göstərib.
Üst-üstə alınan uğursuz nəticələrdən sonra bir neçə dəfə azarkeşlərin hücumuna məruz qalan təcrübəli forvardın artıq yeni klubu da müəyyənləşib. Klublar arasındakı razılığa görə, o, 2015-ci ilin dekabrına qədər digər Braziliya təmsilçisi “Sao Paolo”da çıxış edəcək. Patonun əvəzində “ağ-qırmızılar” yarımmüdafiəçiləri Jadsonu “Korintians”a göndərəcəklər.
Qeyd edək ki, Braziliya millisinin üzvü ötən il İtaliya təmsilçisi “Milan”dan “Korintians”a keçmişdi.