Pato yeni klubu ilə müqavilə bağladı
11.02.2014 - 23:50
Məşhur braziliyalı hücumçu Aleksandre Pato klubu “Korintians”dan ayrılıb. Apasport.az klub saytına istinadən xəbər verir ki, 24 yaşlı futbolçu “Sao Paolo”ya icarəyə göndərilib.
Belə ki, Pato “üçrənglilər”lə rəsmi müqavilə bağlayıb. Sözləşməyə əsasən, təcrübəli forvard 2015-ci ilin sonuna qədər yeni komandasında çıxış edəcək.
Qeyd edək ki, Braziliya millisinin üzvü ötən il İtaliya təmsilçisi “Milan”dan “Korintians”a keçmişdi.
0
0